Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeniyetmə taekvondoçularımız Afinada 15 medal qazanıblar

Yunanıstanın paytaxtı Afinada yeniyetmə taekvondoçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa birinciliyinə yekun vurulub.

ATF-dən verilən məlumata görə, birincilik yiqma komandamız üçün uğurlu olub. Belə ki, taekvondoçularımız Qədim Ellada torpağında tatami üzərində inamla çıxış edərək 15 (5-5-5) medal qazanıblar. Bu nəticə ilə Azərbaycan yığması komanda hesabında birinci yeri tutub.

Komandanın aktivinə yazılan qızılları Əhməd Mürvətov (27 kq), Əsma Abdullazadə (27 kq), Fidan Qafarova (30 kq), Rizvan Abdullayev (30 kq) və Cavid İsmayılzadə (52 kq) qazanıb.

Gümüş medallarin sahibi həlledici finalda büdrəyən Aytən Abuzərova (27 kq), Ümid Şahbazov (36 kq), Sübhan Rzayev (40 kq), Fateh Sultanlı (44 kq) və Hüseyn İsmayılov (52 kq) olub.

Çıxışını üçüncü yerdə bitirən Vidadi Məmmədli (27 kq), Rüqəyya Əliyeva (27 kq), Aydan Hüseynova (30 kq), Aysu Qəribli (44 kq) və Günəş Əzimzadə (52 kq) isə  bürünc medala layiq görülüb.

Bir məqamı da qeyd edək ki, qazanılan medallardan 4-u (0-1-3) yiqmamiz heyətinə qatılan klubların -  "Atletik" TK, "Altay" TK, "Nərimanov" TK və "İrəvan" TK üzvlərinin payına düşüb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin