Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın tennisçilərimiz İslamiadada 1/4 finala yüksəliblər

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi 6-ci İslamiada da (İslam Həmrəyliyi Oyunları) qadın tennisçilərin komanda yarışı davam edir.

ASTF-dən verilən məlumata görə, heyəti Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət qadın millimiz Oyunlarin qrup mərhələsində ikinci matcini da qələbə ilə başa vuraraq, lider kimi yarışların 1/4 final mərhələsinə yüksəlib. 

Xatırladaq ki, ilk oyunda Uqanda komandasını 8:2 hesabla məqlub edən millimiz ikinci turda isə Pakistanı üstələyib - 8:3.

Azərbaycan yığması 1/4 finalda Maldiv komandası ilə qarşılaşacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin