QÜRUR SİMVOLUMUZ
9 Noyabr – xalqımızın azadlıq iradəsini, milli kimliyini və dövlətçiliyini təcəssüm etdirən Dövlət Bayrağı Günüdür.
Bu gün üçrəngli bayrağımız Azərbaycan xalqının qürur simvolu, istiqlalın və müstəqilliyin nişanəsidir.
Üçrəngli bayrağımızın dalğalanması milli birliyimizin, suverenliyimizin və əbədi müstəqilliyimizin ifadəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bayrağımız bu gün hər bir azərbaycanlının qəlbində daha da ucalıb, işğaldan azad edilən torpaqlarımızda qürurla dalğalanır.
Bu müqəddəs bayraq təkcə bir rəmz deyil, həm də yüz illərlə azadlıq uğrunda mübarizə aparan xalqımızın qətiyyətinin təcəssümüdür.
Hər il bu gün məktəblərdə, şəhər və kəndlərimizdə keçirilən tədbirlər, dalğalanan bayraqlar xalqımızın vətənpərvərlik ruhunu daha da gücləndirir.
Dövlət Bayrağı Günü xalqımızın milli dəyərlərinə sədaqətinin və dövlətçiliyimizə bağlılığının təntənəsidir, bu bayraq isə Azərbaycanın sarsılmaz iradəsinin, gücünün və gələcəyə inamının simvoludur.
Qəmər Rufullayeva,
Masallı rayon B.Nuriyev adına Binə Xocavar kənd tam orta məktəbinin direktor əvəzi


