Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçumuz Aynur Mikayılova İslamiadaya qələbəylə başlayıb 

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən və sayca 6-ci olan İslam Həmrəyliyi Oyunlarında (İslamiada-2025) boks yarışlarına start verilib. Azərbaycan yığmasının üzvlərindən ilk olaraq mübarizəyə qatılan Aynur Mikayılova (57 kq) olub. Qeyd edək ki, mübarizəyə  1/4 finaldan başlayan boksçumuz bu mərhələdə ev sahiblərindən olan Hadeel Aşuru məqlub edib - 5;0. Bu qələbə sayəsində yarımfinala yüksələn Aynur eyni zamanda İslamiada-2025-in bürünc medalını da özünə təmin edib. 

O, noyabrın 9-da Noura Abunaabla (Fələstin) ilə yarımfinal döyüşünə çıxacaq.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111