Muşketyorlarımız İslamiadada qılınc oynadacaqlar
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən və sayca 6-cı olan İslamiadanın (İslam Həmrəyliyi Oyunları) qılıncoynatma yarışlarında ölkəmizi təmsil edəcək yiqma komandanın heyəti müəyyənləşib.
AQF-dən verilən məlumata görə, ölkəmiz qılıncoynatmanın sablya və şpaqa növündə təmsil olunacaq (kişi və qadınların fərdi və komanda yarışlarında). Artıq Ər-Ryada gedəcək komandanin heyəti də müəyyənləşib. Ümumilikdə Azərbaycan bu yarışa 14 muşketyorla qatılacaq.
Sablya növü də:
Qadınlar fərdi: Palina Kasparovic, Səbinə Kərimova;
Qadınlar komanda: Palina Kasparovic, Səbinə Kərimova və Zərifə Hüseynova;
Kişilər fərdi: Maqsud Hüseynli, Saleh Məmmədov;
Kişilər komanda: Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov;
Şpaqa növündə:
Qadınlar fərdi: Aynur Quliyeva, Nəzrin Mehdiyeva;
Qadınlar komanda: Aynur Quliyeva, Xədicə Həsənli və Nazilə Rəhimova;
Kişilər fərdi: Ruslan Həsənov, Vahab Fətullayev;
Kişilər komanda: Ruslan Həsənov, Emin Səfərbəyov və Mirxətai Məmmədov.
Muşketyorların yarışı 17-20 noyabr günlərində keçiriləcək.
İNTİQAM Məmmədov


