Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Daha iki veteran cüdoçumuz DÇ-da mükafatçılar sırasında yer alıb 

Fransanın paytaxtı Parisdə veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir. Mundialın növbəti günü daha iki təmsilçimiz inamla guləşərək mükafatçılar sırasında yer alıb. Hər iki cüdoçumuz çıxışını üçüncü yerdə bitirməklə bürünc medal qazanıb. Söhbət M3 kateqoriyasında çıxış edən Vüqar Babayev(66 kq) və M4 kateqoriyasında tatamiyə çıxan  Zaur Baqirovdan (+100 kq) gedir. Maraqlıdır ki, cüdoçularımızin hər ikisi bürünc medal uğrunda son həlledici görüşdə Fransa təmsilçisini məqlub edib. Vüqar fransalı Erik Şillevaerti, Zaur isə Sedrik Dequzeni üstələyib. Bununla da Azərbaycan komandasının aktivindəki medalların sayı 3-ə çatıb.

Yeri gəlmişkən, mundialın ilk günlərində M2 yaş kateqoriyasında çıxış edən Qurban Məmmədli (+100 kq) bürünc medal qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin