ABL-da birinci dövrə başa çatıb
Noyabrın 2-də Bakı İdman Sarayında 5-ci tur çərçivəsində baş tutan "Abşeron Lions" - "Sabah" oyunu ilə kişi basketol klublarının mübarizə apardığı Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26-cı illər mövsümünün birinci dövrəsinə yekun vurulub. Dövrənin və turun son oyunu nominal qonaq olan "Sabah"ın 92:107 (17:31, 28:31, 23:21, 24:24) hesabla "Sabah"ın qələbəsi ilə bitib. Bu qələbədən sonra aktivindəki xalların sayını 10-a çatdıran "Sabah" A qrupunun vahid liderinə çevrilib. B qrupunda isə eyni xalla ilk dövrənin lideri "ORDU" klubu olub.
Beşinci turun digər oyunları belə nəticələnib:
"Naxçıvan" - "Quba" - 86:78;
"NTD Baku" - "Neftçi" - 71:99;
" Gəncə" - "Şəki" - 70:84;
"Sumqayıt " - "Sərhədçi " - 84:80;
"Lənkəran" - "ORDU" - 76:91.
İlk dövrədən (5 turdan) sonra qruplarda vəziyyət belədir:
A qrupunda:
Komanda O Q M T/F X
Sabah 5 5 0 +132 10
Abşeron L 5 4 1 +21 9
Şəki 5 2 3 -33 7
Neftçi 4 2 2 +36 6
Gəncə 4 1 3 -30 5
NTD Baku 5 0 5 -126 5
B qrupunda:
Komanda O Q M T/F X
ORDU 5 5 0 +100 10
Naxçıvan 5 4 1 +28 9
Lənkəran 5 2 3 -12 7
Quba 5 2 3 -19 7
Sərhədçi 5 1 4 -31 6
Sumqayıt 5 1 4 -66 6
İNTİQAM Məmmədov


