Gənc cüdoçularımız Avropa çempionatında
Bu gün Moldovanın paytaxtı Kişinyovda 23 yaşlı (U-23) cüdoçular arasında Avropa çempionatına start verilib. Qeyd edək ki, çempionata 6 çəkidə 9 cüdoçu ilə qatılan Azərbaycan yığmasının üç üzvü start günü tatamiyə çıxacaq. Bu üçlükdə isə Murad Muradlı, Hüseyn Allahyarov (hər ikisi 60 kq) və İslam Rəhimov (66 kq) yer alıb. Hər üç təmsilçimiz mübarizəyə 1/16 finaldan qatılacaq.
İNTİQAM Məmmədov


