Gənc cüdoçularımız AÇ -da yarışacaqlar
Noyabrın 31-dən oktyabrın 1-dək Moldovanın paytaxtı Kişinyovda 23 yaşlı (U-23) cüdoçular arasında Avropa çempionatı keçiriləcək. ACF-dən verilən məlumata görə, Azərbaycan bu yarışda 6 çəki dərəcəsində 9 idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, yığmanin böyük məşqçisi Elxan Məmmədov və məşqçi Slavko Tekicin rəhbərliyi altında sözügedən turnirə qatılacaq Azərbaycan komandasının heyətinə Murad Muradlı, Hüseyn Allahyarov (hər ikisi 60 kq), İslam Rəhimov (66 kq), Vüsal Qələndərzadə, Ömər Rəcəbli ( hər ikisi 81 kq), Vüqar Talıbov, Aslan Kotsayev ( hər ikisi 90 kq), Əjdər Baqirov (100 kq) və Kənan Nəsibov (+100 kq) cəlb edilib.
İNTİQAM Məmmədov


