"AZERRAİL" kişi voleybol klubu Çempionlar Liqasında "Radnicki"nin qonağıdır
Bu gün kişi voleybol klublarının mübarizə apardığı CEV Champions Leaque Volley 2025-in ( Çempionlar Liqası) ilkin təsnifat mərhələsində cavab oyunları keçiriləcək. Qeyd edək ki, ölkəmizi bu turnirdə təmsil edən "AZERRAİL" kişi voleybol klubu Serbiyanın "Radnicki" klubunun qonağı olacaq. Qeyd edək ki, bir həftə öncə Bakida keçirilən ilk oyunda təmsilçimiz 0:3 hesabla uduzub. Oyun Bakı vaxtı ilə saat 21:00- da başlanacaq.
Reqlamentə əsasən, təmsilçimiz bu turu keçə bilmədiyi halda, Avrokubokdaki mübarizəsini CEV Kubokunun 1/32 finalından davam edəcək.
İNTİQAM Məmmədov


