Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Güləşçimiz Elmir Əliyev dünya çempionu olub

Serbiyanın Novi Sad şəhərində 23 yaşlı (U-23) gənclər arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatı davam edir. Qeyd edək ki, yunan-Romaçıların çıxışı ilə başlayan mundialın üçüncü günü Azərbaycan yığmasının aktivinə biri qızıl, digəri bürünc əyarlı olmaqla daha 2 medal yazılıb.

Qızıl medalı bütün görüşlərini qələbə ilə başa vuran Elmir Əliyev (55 kq) qazanıb. O, həlledici finalda köhnə rəqiblərindən biri olan rusiyalı Alibek Amirova qalıb gəlib - 3:2. Bununla da Elmir dünya çempionu olmaqla yanaşı, həm də U-23-ün Avropa çempionatının yarımfinalında Alibeklə görüşdə üzləşdiyi məğlubiyyətin əvəzini çıxıb. 

Günün daha bir medalını isə üçüncü yeri tutan Ruslan Nurullayev (72 kq) əldə edib. Qeyd edək ki, mübarizəni təsəlliverici görüşlərlə davam etdirən Nurullayev bürünc uğrunda görüşdə isə erməni Qaspar Terteryanı məğlub edib.

Xatırladaq ki, ötən gün isə güləşçimiz Ziya Babaşov (63 kq) dünya çempionu adını qazanıb.

Bununla da Azərbaycanın yunan-Roma güləşi üzrə U-23 komandası ilk üç gündən sonra 3 (2-0-1) medalla komanda hesabında birinci yeri tutur. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin