"Abşeron Lions" BK Avrokubokda ikinci dəfə büdrəyib
Oktyabrın 22-də kişi basketbol klublarının mübarizə apardığı FİBA Europe Cup-un (Avropa Kuboku) qrup mərhələsində ikinci tura yekun vurulub. Həmin turnirdə ölkəmizi təmsil edən və "İ" qrupunda yer alan daha bir klubumuz növbəti matçını keçirib və yenə də meydanı məqlub durumda tərk edib. Söhbət Bakı İdman Sarayında Polşanın "Trefl Sopot" klubunu qəbul edən "Abşeron Lions" klubundan gedir. Qarşılaşma qonaq komandanin minimal üstünlüyü ilə başa çatıb - 96:99 (20:25, 29:23, 27:35, 20:26).
Xatırladaq ki, Azərbaycan "sirləri" ilk turda isə evdə Estoniyanın "Kalev" klubuna uduzub.
Yeri gəlmişkən, oktyabrın 21-də isə eyni qrupda yer alan "Neftçi" klubu Bakı İdman Sarayında məhz "Kalev"i məğlub edib - 95:84 Qrupda növbəti turun oyunları oktyabrın 29-da keçiriləcək. Həmin gün qrupda Azərbaycan derbisi baş tutacaq. Bakı İdman Sarayında baş tutacaq həmin derbidə "Abşeron Lions" "Neftçi"ni qəbul edəcək.
Hazırda "İ" qrupunda komandaların turnir vəziyyəti belədir:
Komanda O Q M T/F X
1. Trefl 2 2 0 +32 4
2. Neftçi 2 1 1 -18 3
3. Kalev 2 1 1 -3 3
4. Abşeron 2 0 2 -11 2.
İNTİQAM Məmmədov


