Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Qarabağ" İspaniyada "Atletik"in qonağıdır 

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasınin əsas qrup mərhələsində sayca 3-cü turun oyunları keçiriləcək. Ölkəmizi bu turnirdə təmsil edən 'Qarabağ" klubu hesabat turunda İspaniyada yerli "Atletik"in qonağı olacaq. Görüş saat 20:45-də Bilbao şəhərindəki "San-Mames" stadionunda başlanacaq. Matçın baş hakimi xorvatiyalı referi İqor Payats olacaq.

Xatırladaq ki, 38 komandanın mübarizə apardığı bu turnirdə iki turdan sonra 6 xal toplayan "Qarabağ" yarış cədvəlində 9-cu, hələ də xal toplaya bilməyən "Atletik" isə 37-ci pillədə qərarlaşıb. 

Üçüncü turun mərkəzi oyunu isə İspaniyanın paytaxtı Madriddəki "Santyaqo Bernabeu " stadionunda yerli "Real"la "Yuventus" (İtaliya) arasında olacaq. Qeyd edək ki, "Kral klubu" 2 oyundan sonra 6 xalla yarış cədvəlində 8-ci, "Qoca sinyora" isə 2 xalla 25-ci yerdədir.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin