Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Abşeron Lions" Avrokubokda "Trefel Sopot"u qəbul edir

Bu gün kişi basketbol klublarının mübarizə apardığı FİBA Europe Cup-un qrup oyunları çərçivəsində ikinci turun növbəti oyunları keçiriləcək. Ölkəmizi bu turnirin "İ" qrupunda təmsil edən "Abşeron Lions" klubu Bakı İdman Sarayında Polşanın "Trefel Sopot" klubunu qəbul edəcək. Oyun saat 19:00-da başlanacaq. Xatırladaq ki, "Abşeron Lions" klubu birinci turda isə "Kalev"i (Estoniya) həmin məkanda qəbul etmişdi. Görüş qonaq komandanın qələbəsi ilə başa çatmışdır - 85:93.

Yeri gəlmişkən, "Neftçi" basketbol klubu da ölkəmizi eyni turnirdə və eyni qrupda təmsil edir. Dünən "Neftçi" ikinci tur çərçivəsində "Kalev"i Bakı İdman Sarayında 95:84 hesabla  məğlub edib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin