AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR
Gülağa Tənhanın kimsəsiz uşaqlara və gənclərə olan sevgisi, qayğısı dəyişməz olaraq qalır!
QEYD: Tədbirdən VİDEO-reportaj
hazırlanır və yaxın vaxtda təqdim olunacaq-BİZİ İZLƏYİN...
2005-ci ilin martın 19-da Allah adamı, xeyriyyəçi Gülağa Təhna 3 nömrəli Uşaq Evinin körpələri üçün bayram tədbiri təşkil etmişdi. Həyata fərqli şərtlərlə, çətinliklərlə, iztirablarla gələn uşaqların azacıq da olsa üzünü güldürmək, əhval-ruhiyyələrini yüksəltmək üçün Gülağa Tənha tez-tez onların görüşünə gəlirdi. Elə indi də o, xeyirxah əməllərini davam etdirir. Uşaq evi və internat müəssisələrində böyüyən kimsəsiz körpələr onun gəlişini böyük coşqu ilə qarşılayırlar.
Gülağa Tənhanın təşəbbüsü ilə müqəddəs Ramazan ayının iftar süfrəsində həmin uşaqları yenidən bir məkana toplayaraq, daha bir xeyirxah, müqəddəs işə imza atmış oldu. 19 il sonra yenidən eyni hissləri yaşamaq bu gün hər biri bir ailə sahibi olan həmin uşaqları yenidən görmək həm Gülağa Tənha üçün, həm də həmin gənclər üçün çox təsirli və sevincli anlar idi. Yaşanan emosiyalar, görüşün təəssüratlarını sözlə ifadə etmək çətindir. Aralarında illərlə bir-birini görməyənlərin görüşməsi isə daha təsirli idi. Aradan keçən bu 19 ildə bir çox dəyərlər dəyişmişdir. Ancaq Gülağa Tənhanın bu kimsəsiz uşaqlara və gənclərə olan sevgisi, qayğısı dəyişməz olaraq qalır! Heydər Əliyev Fondunun və şəxsən birinci viçe-preziden Mehriban xanım Əliyevanın adət və ənənələrini davam etdirən ALLAH adamı, xeyriyyəçi Gülağa Tənha həmişə öz xeyirxah əməllərinə sadiq olaraq, uşaq evi və internat gənclərinə daim dəstək göstərərək onların qayğıları ilə maraqlanır.


