(AZpressAZ-in arxivindən: 2024-cü il)
YADA DÜŞƏR XATİRƏLƏR
“Apple” “WhatsApp”ı Çində “App Store”dan silib
Çin hakimiyyətinin tələbi ilə Apple şirkəti WhatsApp messencerini App Store mağazasından yığışdırıb.
Çinin Kiberməkan İdarəsi (CAC) qərarı milli təhlükəsizlik səbəbi ilə izah edib. Apple bu tələblə razılaşmır, lakin Çin bazarına çıxışı itirməmək üçün ona əməl etməyə məcburdur.
Qeyd edək ki, 2024-cü ilin yayına qədər ölkədə qeydiyyatdan keçməyən bütün xarici proqramlar Çində qadağan edilə bilər. Ekspertlər hesab edir ki, bu, TikTok və digər populyar xidmətlərə də təsir edə bilər.
Apple-ın qərarı müxtəlif reaksiyalara səbəb olub. Bəzi hüquq müdafiəçiləri şirkəti söz azadlığını pozan Çin səlahiyyətliləri ilə əməkdaşlıq etməkdə ittiham ediblər. Şirkətin tərəfdarları Kupertino komandasının sadəcə olaraq çətin şəraitdə iş görməyə çalışdığını bildirirlər.
WhatsApp vəziyyəti Çində daha geniş internet senzurası və nəzarət probleminin bir hissəsidir.


