Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda maarifləndirmə tədbiri 

 

Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların hüquqi maarifləndirilməsi məqsədilə tədbir təşkil olunub. Tədbirin əsas məqsədi yeniyetmələr arasında cinayətkarlığın, narkomaniyanın yayılmasının qarşısının alınması, onların məişət zorakılığı, cinsi və əmək istismarı, erkən nikah kimi hallardan qorunmasına nail olmaqdır.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Maarifləndirmə tədbirində Masallı Rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Azay Ağayev, rəis müavini, polis-mayoru İxtiyar Talıbov, Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, LARTİ-nin Masallı sektorunun müdiri Elman Rzayev çıxış edərək yeniyetmələrin qarşılaşa biləcəyi hüquqi və sosial risklər, onlardan qorunma yolları haqqında geniş məlumat veriblər.
Tədbir çərçivəsində şagirdlərlə Polis Akademiyasında təhsil imkanları və hüquq-mühafizə sahəsində karyera perspektivləri barədə də söhbətlər aparılıb. 
Müzakirələr şəraitində davam edən görüş zamanı məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onların fikirləri dinlənilib.

 

Akif AĞAYEV


 

Best coffeeshop in Berlin