Sabah ABL-da ikinci tura start veriləcək
Oktyabrın 17-də kişi basketbol klublarının mübarizə apardığı Azərbaycan Basketol Liqasında (ABL) 2025/26-ci illər mövsümünün ikinci turuna start veriləcək. Turda münasibətləri ayırd etmək üçün ilk olaraq meydana "Naxçıvan"la "Lənkəran" çıxacaq. Oyun saat 15:00-da Lənkəran OİK-də başlayacaq. Həmin gün saat 19:00-da isə Baki İdman Sarayında ORDU klubu "Sərhədçi"ni sınağa çəkəcək.
Turun digər oyunlarına gəlincə, təqvim belədir:
18 oktyabr. Bakı İdman Sarayı. Saat 13:30. "Sabah" - "Şəki";
Saat 16:30. "Sumqayıt" - "Quba";
19 oktyabr. Bakı İdman Sarayı. Saat 19:00. NTD Baku - "Abşeron Lions".
Birinci turdan sonra klubların qruplar üzrə turnir cədvəlində vəziyyət aşağıdakı kimidir.
İNTİQAM Məmmədov


