Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Voleybolçuların ölkə çempionatına start verilib 

Oktyabrın 14-də qadın voleybol klublarının mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında 2025/26-ci illər mövsümünə start verilib. Mövsümün ilk oyunu Gəncə Olimpiya İdman Kompleksində yerli "Gəncə" klubu ilə "AZERRAİL" arasında baş tutub. Azərbaycan Voleybol Federasiyasından (AVF) verilən məlumata görə, gərgin mübarizə şəraitində keçən və tay-brekə qədər uzanan qarşılaşma qonaq komandanın qələbəsi ilə bitib - 2:3 (18:25, 25:15, 22:25, 25:21, 10:15).

Turun növbəti oyunu bu gün UNEC-in idman zalında eyniadlı klubla "Milli Aviasiya Akademiyası" arasında olacaq. Keçirilməsi bu gün üçün nəzərdə tutulan "DH Volley" - "Abşeron" və "Gənclər" - "Murov Az Terminal" oyunun vaxtı dəyişib. 

Qeyd: Reqlamentə əsasən 9 qadın klubunun mübarizə apardığı bu cempionat iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə klublar 2 dövrdən ibarət olmaqla dairəvi sistem üzrə yarışacaqlar. İkinci mərhələdə isə 8 ən yaxşı klub pley-offdan mübarizəni davam etdirəcək.

Yeri gəlmişkən, oktyabrın 16-da isə kişi voleybolçulardan ibarət klubların analoji yarışı başlayacaq. Burada isə 6 klub mübarizə aparacaq. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin