ABL-da ikinci tura yekun vurulub
Kişi basketbol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) ikinci tura yekun vurulub. Oktyabrın 9-da "Neftçi" - "Şəki" (92:68) oyunu ilə start götürən hesabat turunun son matçında "Naxçıvan"la "Sumqayıt" qarşılaşıb. Bakı İdman Sarayında baş tutan həmin oyunun qalibi "Naxçıvan" BK olub - 103:89 (29:22, 23:23, 25:17, 26:27).
Turun əvvəlki oyunlarının nəticələri belə olub:
"Abşeron Lions" - "Gəncə" BK - 96:94;
"Quba" - ORDU - 68:96;
"Sabah" - "NTD Baku" - 133:65;
"Sərhədçi" - "Lənkəran" - 84:70.
İNTİQAM Məmmədov


