Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tatami ustalarımız Limada fəxri kursuyə qalxıblar

Perunun paytaxtı Limada kişi və qadın cüdoçular arasında keçirilən reytinq xarakterli Qran-Pri turniri başa çatıb. ACF-dən verilən məlumata görə Azərbaycan yığması sözügedən turniri biri gümüş, dördü bürünc əyarlı olmaqla 5 (0-1-4) medalla başa vurub. Yeganə gümüş medal yalnız həlledici finalda məğlub olan Əhməd Yusifovun (60 kq) aktivinə yazılıb. Bürünc medallari isə çıxışını üçüncü pillədə başa vuran Könül Əliyeva (48 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev ( hər ikisi 66 kq) və Elmar Qasımov (100 kq) qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin