Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” qeyd olunub 

Oktyabrın 4-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağcabədi rayonunda “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə ümumrayon tədbiri keçirilib. 

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, öncə Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva, Ağcabədi rayon üzrə təhsil sektoru, məktəb direktorları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək üzərinə çiçəklər düzüblər.

Ağcabədi Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə təhsil sektorunun təşkilatçılığı ilə keçirilən tədbir “Kral” şadlıq sarayında davam edib.

Tədbirin aparıcısı, Ağcabədi şəhər 11 saylı tam orta məktəbinin tarix müəllimi Nuranə Quliyeva tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  Ümummilli lider Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən qəhrəmanlarının, eləcə də dünyasını dəyişən müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə təhsil sektorunun müdiri Teymur Qasımov rayonun təhsil uğurlarından söz açaraq vurğulayıb ki, Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. Doğma Ağcabədidə də hər il bu əlamətdar gün təmtəraqla keçirilir.

Təbrik nitqi ilə çıxış edənlər -  Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,   Ağcabədi rayon Həmkarlar Komitəsinin sədri Mehdi Əhmədov, Ağcabədi Pedaqoji Kollecinin direktoru Bəxtiyar Əliyev, Müəllimlərin Sertifikatlaşdırılması imtahanlarında 60 bal toplayaraq ən yüksək nəticə əldə etmiş, Ağcabədi şəhər 11 saylı tam orta məktəbinin coğrafiya müəllimi Gülşən Səlimova, həmçinin Respublikanın Əməkdar müəllimləri – Camal Abbasov və Zəhra İbrahimova qeyd ediblər ki, müəllim adı, müəllim sözü Azərbaycanda daim müqəddəs sayılmış,  “Ana” və "Vətən" kəlmələrinə bərabər tutulmuşdur. Müəllimlərin sözlə ifadə olunmayacaq dərəcədə böyük zəhmətini, xidmətini az da olsa qiymətləndirmək üçün bu bayram bir vasitədir. Bizlərin şəxsiyyət kimi formalaşmasında, cəmiyyətdə mövqe sahibi olmağımızda müəllimlərin müstəsna rolu vardır.    

Daha sonra pedaqoji fəaliyyətlərində fəal olan bir qrup müəllim Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, eləcə də Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi Qarabağ Regional Təhsil idarəsinin Fəxri fərmanlarları və Təşəkkürnamələri ilə təltif olunublar.

Məktəblilərin səsləndirdikləri şeirlər, təqdim etdikləri ədəbi-bədii kompozisiyalar, səhnəciklər, oxuduqları mahnılar tədbir iştirakçıları tərəfindən maraqla və alqışlarla qarşılanıb. Bayram tədbiri şən musiqilərlə və rəqslərlə davam edib.

Best coffeeshop in Berlin