"Bazarçay dərəsinin əsirləri” kitabının təqdimatı keçirilib +FOTO=10
Tədbir, Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycanın maddi-mədəni irsinə qarşı erməni vandalizmi, hüquq müstəvisində” layihəsi çərçivəsində hazırlanmış “Bazarçay dərəsinin əsirləri” adlı kitabdan bəhs edir. AZpress.AZ xəbər verir ki, kitab Qərbi Azərbaycanın Bazarçay adlı yalnız bir çay hövzəsindəki 73 tarix və mədəniyyət abidələrinə qarşı törədilən erməni vandalizmindən bəhs edir.
Tədbir Bakı şəhəri, Yasamal rayonunun Heydər Əliyev Mərkəzində keçirildi. Tədbirdə Layihə rəhbəri. AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitunun əməkdaşı. Beynəlxalq Memarlar Akademiyasının üzvü və fəxri professoru Faiq İsmayılov giriş sözü ilə çıxış etdi.
Qeyd edildiki, Bazarçay dərəsinin ətraf əraziləri Oğuz-türk abidə-lərinin çoxluğu ilə diqqət çəkir. Tarixin yaratdığı bu maddi sübutlar bu ərazilərin bir zamanlar oğuz-türk yurdu olması gümanını da təsdiqləyir. Bu abidələr Qafan, Mehri, Qarakilsə və Gorus rayonları ərazilərində daha çoxdur. Qədim qəbiristanlıqlar, məqbərələr, məscidlər, qalalar, daş fiqurlar, sujet xarakterli oymaların bir çoxu zaman-zaman ermənilər tərəfindən dağıdılsada, onların bir çoxu yaşayaraq dövrümüzə qədər gəlib çıxmışdır.
Ermənilər nə xristianlıq dövrünə qədər olan abidələrin hamısını bazilika, sovmə, qəbirüstü tikili və qurğuları, inzibati binaları, xatirə abidələrini hətta yeraltı qazmaları və kahaları erməni kilsələri adlandıraraq, bu ərazilərdə ermənilərin ulu əcdadlarının yaşadıqlarını “sübut” etməyə çalışırlar.
Ermənilər, unikal alban dövrü tikililərinin üzərindən bir çox bədii ornamental görüntüləri, yazı və simvolları silir, abidələrin daxili və xarici interyerində dəyişiklik edərək abidəni tanınmaz hala salırlar. Bir çox hallarda türklərin yaşadıqları qədim inzibati yaşayış məntəqələrini dağıdaraq xarabalığa çevirirlər.
Bir əsrdən çoxdur ki Qərbi Zəngəzurda ermənilər, Azərbaycanın mədəni irs nümunələrinin məhv edilməsini həyata keçirirlər. Vorotan (Bazarçay, Bərguşadçay) dərə-sindəki Köhnə Xot, Köhnə Şinuayr, Köhnə Əlidərə kəndlərinin xarabalıqları ilə qarşılaşırsan. Ərazi döyüş meydanına oxşayır, sanki burada xeyirlə şərin mübarizəsi gedib. Baxanda vahimələnirsən sanki hər bir binanın xarabalığında bir vampir, bir vahimə yaşayır.
Bu kəndlərdə ermənilər tərəfindən 800-dən çox tarix və mədəniyyət abidələri; yaşayış evləri məscidləri. Alban dövrü bazilika və sovmələr, bədii daş nümunələri, qəbirüstü abidələr, qəbir daşları, at qoç fiqurları dağı-dılaraq yararsız hala salınmışdır. Azərbaycanın mədəni-irs nümunələrindən təmizlənən bu ərazidə, yalnız Bazarşay dərəsinin sol yamacında Alban memarlığının yadigarı Tatev monastırı öz əzəmətini qoruyub saxlaya bilmişdir.
Alban dövrünün ən mürəkkəb tikililəri isə bir qayda olaraq bazillikalar və monastırlar hesab olunurlar. Monastr və bazillikalar, kilsə və sovmələrdən fərqli olaraq iki, üç və hətta dördnefli əzəmətli tikinti quruluşuna malik olurlar. Bu abidələr kütləvi tədbirlər və dini ibadətlər üçün nəzərdə tutulurdu. Bu abidələrin də tikinti üslubu və özünəməxsus xüsusiyyətləri Şərq xristianlığı memar-lığından kəskin şəkildə fərqlənir. Hazırda ermənilər işğal etdikləri Azərbaycan ərazilərində bu tipli abidələrin hamısını erməni kilsələri kimi təqdim etmələri ziddiyyət doğurur.
Cənubi Qafqazda tarixi kökə və mədəniyyətə malik olmayan ermənilər süni şəkildə belə iyrənc yollarla özlərinə tarix yaradıb dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əzəli və əbədi sakinləridirlər. Məhz bu səbəbdən də ermənilər məqsədli şəkildə işğal altında saxladıqları ərazilərdə Alban abidələrini mənimsəyərək,
Alban memarlığının milli mənsubiyyətini dəyişdirirlər. Ermənilər Qərbi Azərbaycan torpaqlarında məskunlaş-dırıldıqdan sonra müsəlman dini abidələri, inanc yerləri, qəbirlər, ziyarətgahlar, məscidlər birmənalı şəkildə məhv edilməyə başlanılıb.
Bazarçay hövzəsində etnik təmizləməyə məruz qalan Gorus, Qafan, Mehri, Qarakilsə (Sisian) rayonlarının tarixi əhəmiyyətli yaşayış evləri, inzibati yaşayış məntəqələri, qəbristanlıqlar, qəbüstü abidələr, məscidlər, türbələr tamamilə məhv edildi, Alban dövrü kilsə və monastrlar isə formaları dəyişdirilərək yararsız hala salındılar. Bu ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri Mədəniyyətin soyqrımı faktı idi.
İclasda daha sonra Qərbi Azərbaycan icmasının nümayəndəsi eləcədə Niyaməddin Orduxanlı, İradə Rizazadə, İsgəndər Sərdarlı, Bəxtiyar Qaraca və digər nümayəndələr çıxış etdilər.


