Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçularımızdan Nəzərov AÇ-nin qızıl, Nəzirlisə gümüş medalını qazanıb

Çexiyanin Ostrava şəhərində 19 yaşlı gənclər arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı boks üzrə Avropa çempionatına oktyabrin 9-da baş tutan həlledici final döyüşləri ilə yekun vurulub. Qeyd edək ki, həlledici mərhələdə yiqmamizin iki üzvü iştirak edib. Onlardan biri finalı da qələbə ilə bitirərək Avropa çempionu adını qazanıb. Söhbət, 50 kq-da rinqə çıxan və italiyalı Tomasso Orlando ilə qarşılaşmadan 5:0 hesablı qələbə ilə ayrılan Bilalhəbaşi Nəzərovdan gedir. O, ikinci dəfə Avropa çempionu olub.

Digər finalcimiz - Banuçiçək Nəsirli (58 kq) isə həlledici döyüşdə fransalı Matilda Fraqnierə uduzaraq, çıxışını ikinci yerdə bitirməklə gümüş medalla kifayətlənib.

Bunlardan öncə isə, daha üç boksçumuz - Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və İlkanə Əhmədova (+80 kq) finala çıxışda büdrəyərək çıxışını üçüncü yerdə bitirərək bürünc medala layiq görülüb.

Bununla da Azərbaycanın boks üzrə U-19 yiqmasi Avropa çempionatını 5 (1-1-3) medalla başa vurub. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin