Azərbaycanın 3 karateçisi qızıl, ikisi gümüş, dördü isə bürünc medallar qazandılar
Dünən III MDB Oyunları çərçivəsində Mingəçevir "Kür" olimpiya Kompleksində karate yarışları keçirilib.
AZpress.AZ xəbər verir ki, Azərbaycan idmançıları bir neçə medal qazanıblar.
55 kiloqram çəki dərəcəsində iki azərbaycanlı karateçi qarşılaşıb. Mədinə Sadiqova Nəzrin Piriyevaya qalib gələrək qızıl medala sahib çıxıb. Gümüş medala həmçinin Fərid Savadov (60 kq) sahib çıxıb.
Digər təmsilçimiz Nuran Rzazadə (-67 kq) qırğızıstanlı Yerlan Akılbekə qalib gəlib (7:3) və qızıl medal qazanıb.
Bundan başqa Roman Heydərov (kata) özbəkistanlı Səməndər Urazaliyevə qalib gələrək qızıl medala sahib çıxıb.
İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova və Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.
Qeyd edək ki, karate yarışlarına oktyabrın 4-də yekun vurulacaq.
Fotolar Mahir Əhmədov
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111