Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallının təhsil işçiləri
yüksək təltifə layiq görülüblər

Masallı rayonunun təhsil sahəsində uzun illər səmərəli fəaliyyət göstərən iki nüfuzlu pedaqoqu – Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin direktoru İlham Ağayev və Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Mehriban Sultanova Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif ediliblər.
       Bu yüksək mükafat onların təhsil sahəsindəki fədakar əməyinə, şagirdlərin intellektual və mənəvi inkişafına verdikləri töhfəyə, həmçinin məktəb rəhbərliyi və pedaqoji fəaliyyət sahəsində göstərdikləri peşəkarlığa verilən dəyərin göstəricisidir.
     Təltif və 5 oktyabr – Beynəlxal Müəllimlər Günü münasibətilə hər iki təhsil işçisini səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar, möhkəm cansağlığı və təhsilin inkişafı yolunda davamlı nailiyyətlər arzulayırıq.

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin