Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan–İtaliya: Yeni strateji mərhələ

 

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısının  İtaliya Prezidenti ilə birgə mətbuata verdiyi bəyanatı dövlətimizin xarici siyasət kursunun uğurlu təzahürü olmaqla yanaşı, Azərbaycan-İtaliya münasibətlərinin strateji səviyyədə dərinləşməsinin növbəti göstəricisidir. Bu bəyanat, Prezident İlham Əliyevin qlobal siyasətdəki müdrik və uzaqgörən liderliyinin daha bir nümunəsi kimi qiymətləndirilməlidir. 
Ölkə rəhbərimizin çıxışı bir daha göstərdi ki, Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu milli maraqlara, regional sabitliyə və beynəlxalq əməkdaşlığa əsaslanır. Millətimizin maraqlarını qətiyyətlə qoruyan və qlobal miqyasda nüfuz qazanan lider olaraq cənab Prezidentin bu çıxışı həm daxili, həm də xarici siyasət üçün önəmli siqnalları özündə ehtiva edir.
Möhtərəm Prezidentimizin qətiyyətli, ardıcıl və milli maraqlara əsaslanan diplomatik addımları nəticəsində Azərbaycan bu gün güclü dövlət, etibarlı tərəfdaş və regional lider kimi tanınır. İtaliya ilə münasibətlərin daha da möhkəmlənməsi isə bu strateji baxışın daha bir bariz nəticəsidir.

 

Gülyanaq Ağayeva,
Masallı rayonu, Hişkədərə kənd sakini.


 

Best coffeeshop in Berlin