Masallıda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Masallı rayonunda 1 oktyabr – Azərbaycan Prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı qeyd olunub.
“AZpress.AZ” İnformasiya Agentliyinin xüsusi müxbirinin verdiyi məlumata görə ilk olaraq Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Masallı rayon Prokuroru Vəli Mustafayev, digər hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə tər güllər düzülərək Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub.
Daha sonra tədbir iştirakçıları Masallı şəhərində yerləşən “Qəhrəmanlar Parkı”na gələrək burada ucaldılmış “Şəhidlər” abidə-kompleksini ziyarət ediblər. Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu ehtiramla yad edilib, onların xatirəsinə dualar oxunub.


