Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“27 Sentyabr – Anım Günü” Ağcabədidə qeyd olundu +FOTO=54

Sentyabrın 27-də Ağcabədi rayonunda “27 Sentyabr – Anım Günü”nün 5-ci ildönümü münasibətilə ümumrayon anım tədbiri keçirilib. 
Öncə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatı, hüquq mühafizə orqanları, şəhid ailələri, hərbi hissə komandirləri Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, önünə çiçəklər düzüblər. 
Ağcabədi Qəhrəmanlar Parkında başlanan mərasimdə rayon rəhbərliyi,habelə idarə, müəssisə, təşkilatlarının rəhbərləri və kollektivləri, rayon ictimaiyyəti, “N” saylı hərbi hissələrin əsgər və zabit heyətləri iştirak ediblər. 
Ağcabədi şəhər “Cümə” məscidinin imamı Röya Balayev şəhidlərinə ruhuna dualar oxuyub.
   Saat 12:00-da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamına əsasən ölkə üzrə Vətən şəhidlərinin xatirəsi Ağcabədidə də bir dəqiqəlik sükutla yad olunub. Mərasim iştirakçıları bu müqəddəs məkanda uyuyan Vətən qəhrəmanlarının məzarlarını ziyarət edərək məzarların üzərinə çiçəklər düzüblər. 
Anım günü mərasimi “Kral” şadlıq sarayında ehsan süfrəsi ilə davam edib. İlk olaraq“Anım Günü”nə həsr olunmuş film nümayiş olunub. Tədbirin moderatoru, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Mamedov tədbiri açıq elan etdikdən sonra Ümummili lider Heydər Əliyevin, eləcə də haqq savaşımızda canından keçən, ölümün gözlərinə dik baxan Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
   Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qeyd edib ki,2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxribatının qarşısını almaq məqsədilə Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan ordusu bütün cəbhəboyu əks hücum keçərək hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən, Vətən müharibəsi adlanan haqq savaşımızda Şanlı Ordumuz Ermənistan ordusunu yerlə-yeksan etdi, döyüş meydanında işğalçıya heç bir aman vermədi. Nəticədə Azərbaycan dünya tarixinə düşəcək möhtəşəm Zəfər qazandı. Amma bu Zəfərimiz itkisiz, qan-qadasız da ötmədi. Şir-biləkli, şir ürəkli oğullarımız torpaq sevgisinə, bayraq sevdasına qurban getdilər, şəhidlər verdik. Bu gün məhz həmin gündür. Həm ağrılı, həm də qürurlu, bütün dünyanın qarşısında başımızı dik, alnımızı açıq edən gün – 27 Sentyabr Günü!
  Digər çıxış edənlər – “Yeni Baxış İctimai Nəzarət Təşkilatı” İctimai Birliyinin Ağcabədi rayon şöbəsinin sədri Sevinc Quliyeva, şəhid Şirnalı Talıbovun atası Aqil Talıbov, şəhid Hafiz Həziyevin anası Təranə Həziyeva qalib əsgərlərimizin dədə-baba Qarabağ torpaqlarında həyata keçirdiyi misilsiz hərbi əməliyyatlardan, 30 il düşmən caynağında olan müqəddəs torpaqlarımızın düşməndən azad edilməsindən qürurla danışıblar. Vurğulanıb ki, bütün bunlar Prezident İlham Əliyevin əzmi və polad iradəsi, şəhidlərimizin qanı, qazilərimizin sağlamlıqlarını itirməsi bahasına, döyüşçülərimizin yüksək döyüş peşəkarlığının sayəsində əldə edildi. Bu gün Azərbaycan güclüdür və tam azaddır. Dünya ölkələrinə əls nümunə, əsl örnəkdir Azərbaycan!
Daha sonra şəhid övladları və məktəblilər şeirlər səsləndiriblər. Şəhid Şirnalı Talıbovun qardaşı İsmət Talıbov dualar oxuyub, Vətən qəhrəmanlarının xatirəsinə ehsan süfrəsi açılıb. 
Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq, Vətənimiz Azərbaycana əmin-amanlıq, xoş, firavan, müharibəsiz illər arzulayırıq!

Gündüz SEVİNDİK

Best coffeeshop in Berlin