Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Kitabxanada Beynəlxalq Sülh Günü ilə əlaqədar videoçarx hazırlandı


Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Beynəlxalq Sülh Günü ilə əlaqədar videoçarx hazırlandı.
 Videoçarxda Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sülh haqında sitatları yer alır. Avqustun 8-də Vaşinqton şəhərində qəbul edilmiş Birgə Bəyannamə qeyd olunur. Videoçarxda həmçinin sülh haqqında kitablar nümayiş olunur. Xalq şairi Hüseyn Arifin “Mən sülhə səs verirəm” və şair-dramaturq Ramiq Muxtarın “Sülh” şeirləri də izləyicilərə təqdim olunur.
Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur:
https://www.youtube.com/watch?v=LORcudJi8OE&t=2s

Best coffeeshop in Berlin