Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

"Dostluğun sehri" Vl Beynəlxalq Uşaq Rəsm müsabiqəsi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tərəfdaşlığı və Bakı şəhəri “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsinin təşkilatçılığı  ilə 29 fevral 2024-cü il tarixində “Ölkəmin abidələri” mövzusunda “Dostluğun sehri” adlı VI Beynəlxalq Uşaq Rəsm müsabiqəsinin yekun tədbiri keçiriləcək. 
Müsabiqəyə Azərbaycan və dünyanın 12 ölkəsinin 103 məktəb,  müəssisə və təşkilatlarından 1200-dən artıq uşaq qatılmış, 1208 rəsm işi təqdim olunmuşdur. 6-17 yaşlı uşaqlar öz rəsmlərində çəkdikləri abidələrdə mənsub olduqları ölkənin keçmişi, qədim tarixi-mədəni irsi barədə maraqlı fikir və düşüncələrini bildiriblər.
Müsabiqə iki mərhələdə keçirilmişdir: seçim turu və qaliblərin müəyyənləşdirlməsi. Azərbaycanın xalq rəssamları və  peşəkar mütəxəssislərdən təşkil olunan münsiflər heyəti tərəfindən rəsm işləri seçilmiş, bunlardan 45 iş  I, 44 iş  II, 38 iş  III və həvəsləndirici yerlərə layiq görülmüşdür.
“Ölkəmin abidələri” mövzusunda keçilirən yekun tədbirdə müsabiqəyə qatılan uşaqların qalib rəsm işlərinin sərgisi təşkil olunacaq və təltifetmə mərasimi keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümum Təhsil üzrə Dövlət Agentliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və qalib uşaqların təmsil etdikləri ölkələrin – Türkiyə Respublikası, Çin Xalq Respublikası, Qətər Dövləti, Latviya Respublikası, Qazaxıstan Respublikası, Gürcüstan Respublikası, Misir Ərəb Respublikası, Türkmənistan, İordaniya Haşimilər Krallığı və Moldova Respublikasının ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin nümayəndələri  iştirak edəcək və qalib uşaqların  mükafatları (medal, diplom, kataloq) təqdim olunacaq.Təltifetmə mərasimində mərkəzin bədii kollektivlərinin çıxışları da nəzərdə tutulub.

Rüstəm İsmayılov

Best coffeeshop in Berlin