Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallı UGİŞM güləşçilərinin növbəti uğuru

 

Respublika turnirində 9 medal 

 

Abşeron-Xızı Gənclər və İdman İdarəsinin və Abşeron Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə idman ustası İlkin Əsgərovun xatirəsinə həsr olunmuş yunan-Roma və sərbəst güləş idman növü üzrə yeniyetmələr və böyüklər arasında respublika turnirinə yekun vurulub.
İki gün (20-21 sentyabr) Abşeron Olimpiya İdman Kompleksində davam edən yarışlarda respublikanın idman məktəbləri, cəmiyyət və klublarını təmsil edən 20-dən artıq komanda tərkibində güləşçilər güclərini sınayıblar.
Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubovdan aldığımız məlumata görə məktəbin sərbəst güləş bölməsinin yetirmələrindən Əli Baloğlanov (48 kq) birinci, Rəhman Qasımlı (72 kq) ikinci, Yusif Abdullayev (26 kq), Həmzə Əzizov (29 kq), Rəsul Qiyasbəyli (29 kq), Mövsüm Şalıyev (32 kq), Rəhim Rəhmanov (35 kq), Miriş Hüseynov (62 kq) üçüncü yerə layiq görülüblər. Qızlar arasında isə Dilarə Həsənova (38 kq) üçüncü mükafata sahiblənib.
Qalib idmançılar təşkilat komitəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif ediliblər.
Qeyd edək ki, idmançıları yarışa Masallı UGİŞM-nin sərbəst güləş bölməsinin məşqçi-müəllimləri Cavad Həsənov, Maqsud Ağayev və Samir Rəhmanov  hazırlayıb.

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin