Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

(AZpressAZ-in arxivindən: 2024-cü il)

YADA DÜŞƏR XATİRƏLƏR

Kəmalə Abiyeva: 

ANLAMADIĞIM HƏQİQƏT

Hər bahar gələndə sən

Baxçamıza çıxardın,

yarpaq-yarpaq geyinən

ağaclara baxardın.

Hər çiçəyə, hər gülə

uşaq tək sevinərdin.

Tumurcuqlar üzündə təbəssümə dönərdi.

Məni də səsləyərdin “Gəl sən də bax” deyərdin.

Mən də hərdən gələrdim,

hərdən də heç gəlməzdim.

Onda anlamadığım, fərqinə varmadığım

həqiqəti bilməzdim.

Yenə də gəlib bahar.

Bəzənibdi ağaclar,

açıb güllər, çiçəklər.

Amma bu gözəlliklər sevindirmir qəlbimi

daha əvvəlki kimi.

Yenə də gəlib bahar...

Bir vaxt anlamadığım, fərqinə varmadığım

Səadətim üzündə, həqiqətim gözündə.

O sadə həqiqəti bu bahar anladım mən.

Anladım yana-yana.

Anladım ki, ay ana,

Sənin ilə yan-yana,

eşidərək səsini, duyaraq nəfəsini,

Açan çiçəyə, gülə baxmaqdan daha gözəl,

heç nə yoxmuş dünyada.

Elə sənin yanında gözəl imiş dünya da.

Qənbərli Allahverən:

Doğrudan da ,möhtəşəmdir.Ananın böyüklüyünü ,ücalığını göstərmək,diqqətə çatdırmaq üçün pafoslu misralar işlətmir müəllif.Sadəcə yazın gəlişindən bir epizod təsvir edirvə bu epizodla daananın necə uca bir zirvə olduğunu ifadə edib.

 

Alagoz İsmayilova:

Anasız dünya çox çətindir.Ruhu şad olsun.

 

Xedice Memmedova:

Çox kövrək hisslərə toxundu şeir . Dünyamız anasız olmasın.

QEYD. Sarı fonda verilən başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Best coffeeshop in Berlin