Nazirdən məktəblərdə pul yığılması ilə bağlı AÇIQLAMA
"Məktəblərdə sinif otaqlarının təmiri ilə bağlı müəllimlər və ya direktorlar tərəfindən pul yığılması qeyri-qanunidir".
Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair brifinqdə deyib.
Nazir qeyd edib ki, əgər belə hallar varsa, o zaman valideynlər, vətəndaşlar nazirliyə müraciət edə bilərlər:
"Bu hallarda məsələ araşdırılacaq və müvafiq tədbirlər görüləcək".


