Ağcabədidə daha 200 şagirdə məktəbli çantası paylandı +FOTO=21
Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq imtiayazlı ailələrin övladlarına kömək məqsədilə keçirilən xeyriyyə tədbirləri davam edir.
Sentyabrın 11-də Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulluğunun, həmçinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı koordinatorluğunun birgə təşkilatçılığı ilə 200 nəfər imtiyazılı məktəb şagirdinə məktəbli çantası və dərs ləvazimatlarının təqdim olunması ilə bağlı tədbir keçirilib.
Tədbirdə Ağcabədi İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, eləcə də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı koordinatoru Hayraddin Özçilek iştirak edib.
Rayon rəhbəri və təşkilatçı şəxslər şagirdləri yeni dərs ili münasibətilə təbrik edərək, onlara can sağlığı, təhsil uğurları arzulayıblar.


