U-18 mili komandalarımız AÇ-da mübarizəyə başlayıb
Dünən İtaliyanın Corqliano Rossano şəhərində 18 yaşlı oğlan və qızlar arasında çimərlik voleybolu üzrə Avropa çempionatına təsnifat oyunları ilə start verilib. AVF-dən verilən məlumata görə, ölkəmiz bu turnirə həyəti İbrahim Məmmədov və Mahmud Aslanlı cütlüyündən ibarət oğlan və heyətində Xədicə Hadızadə və Cəmilə Bəşirova duetinin yer aldığı qizlar komandası ilə qatilib. Qızlarımızdan fərqli olaraq, oğlanlarımız mubarizəyə təsnifat mərhələsindən başlayıb. Komandamiz bu mərhələdə Serbiyanı 2:0 (21:10, 21:15) hesabla məğlub edərək əsas mərhələyə adlayıb. Bu gün çempionatda əsas mərhələyə start veriləcək və hər iki komandamız mübarizəyə qatılacaq.
İNTİQAM Məmmədov


