Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

(AZpressAZ-in arxivindən: 2024-cü il)

YADA DÜŞƏR XATİRƏLƏR

Hümbət Quliyev: 

Uğur və xoşbəxtlik

(pritça)

Uğur xoşbəxtliyi sevirdi. O, həmişə xoşbəxtliyi görmək, onun yanında olmağı arzulayırdı. Uğurun qarşısında həmişə bir sual dururdu, hansı insana qismət olsun ki, onun gəlişində xoşbəxtlik də o insanın yanına gəlsin. O, da növbəti dəfə xoşbəxtliyin təbəssümlü çöhrəsini görsün, onun şən səsinə qulaq assın, onunla xoş ünsiyyətdə olmaq imkanı qazansın.

Əslində, o, bu məchulu özü üçün çoxdan açmışdı.

Uğur hər dəfə öz sevimli işi ilə məşğul olan insanı seçirdi. Əmin idi ki, belə insanın yanına gələn kimi, xoşbəxtlik də həmin insanın yanında anında peyda olur.

İndi uğurun sirrini siz də bildiniz.

Siz sevimli işinizlə məşğul olsanız, əmin olun ki, əvvəl uğur, sonra xoşbəxtlik sizin yanınıza mütləq gələcəklər…

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin