Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Doğma Ağcabədimiz foto obyektivin gözü ilə...

Doğma rayonumuzun, daha dəqiqi, bizim Ağcabədinin təmizliyini, onun səliqə-səhmanını  qorumaq hər bir sakinin, hər bir ağcabədilinin vətəndaşlıq borcudur. Düzü, rayonun düz mərkəzində, Heydər Əliyev prospekti  ilə Nəsimi küçəsinin kəsişdiyi yerdə, rayonun necə deyərlər, düz ortasından keçən qurumuş su kanalının yaratdığı mənzərə heç ürək açan olmadı... Kanalın hər yanı qalaq-qalaqzir-zibil, boş plastik su qabları – bir sözlə hər cür tullantılar,  üstəlik də bu tullantıların ətrafa yaydığı dəhşətli üfunət qoxusu... Olmazaxı...  Əziz sakinlər, bu rayon bizimdir. Onun təmizliyinin qeydinə qalmaq hər bir ağcabədilinin vəzifə borcudur. Siz bu kanalı təmiz saxlamaqla, eyni zamanda öz sağlamlığınızı qorumuş olarsınız. 
Çəkiliş zamanı onuda müşahidə etdik ki, aidiyyatı qurumların əməkdaşları və texnikası min-bir əziyyətlə  kanalı bu tullantılardan təmizləməyə çalışırlar. Bir kanaldan nə qədər zibil çıxar, nə qədər tullantı çıxar?  Bir maşın???... Yooooox, əzizlərim, maşın-maşın... 
Öz təmizliyinizin,  ən azından öz sağlamlığınızın xatirinə, gəlin rayonumuzun mərkəzindən keçən su kanalını daim təmiz saxlayaq. Evdəki tullantıları, gərəksiz əşyaları binaların qarşısındakı zibil yeşiklərinə ataq, nəinki binamızın qarşısından keçən  sukanalına... Bununla bağlı aidiyatı qurumlardan öz işlərində məsuliyyətli olmağı daha da məqsədə uyğundu.

Mais İbrahimov

Best coffeeshop in Berlin