Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Əhməd Qəşəmoğlu: 

MƏHKƏMƏ

Mən bu şeiri 10 il əvvəl yazmışam. "Eşqdən o yana ..." adlı şeirlər kitabımda nəşr olunub. Bu mövzu ilə bağlı xeyli həyacan təbili də çalmışam. Əhəmiyyət verən olmayıb... İki gün əvvəl bir gənc öz ailəsinin 5 üzvünü qətlə yetirdikdən sonra mənə xeyli jurnalist müsahibə üçün zəng edib.... O şeiri diqqətinizə təqdim edirəm:

Məhkəmə

mühakimə edilir bir cani məhkəmədə,

suallar dolu tənbeh, suallar dolu hədə…

hakim qəzəblə baxır bu müqəssir insana

müqəssirsə kədərli, gözləri batıb qana…

hər sözü təlaş dolu, danışır, səsi çıxmır,

gözlərin yerə dikib bir kəsə tərəf baxmır…

prokror bir tərəfdə, vəkillər bir tərəfdə,

zalda qohumlar, dostlar, insanlar dəstə-dəstə,

sanki, qan yağışı yağır bu zala,

hər insan dözə bilməz bu hala…

 

çağırın, məhkəməyə gəlsin onun anası,

görək hansı ülgüyə, harda o olmuş asi?

bu cani bətnindəykən əməlləri nə olmuş?

nədən onun balası indi bu günə qalmış?

doğru yoldan azaraq hansı səhvləri etmiş ?

bu cani körpə ikən ona nələr öyrətmiş?

 

çağırın, məhkəməyə gəlsin qohumlar, qonşular,

sözsüzdür bu, hər birinin məhkəməyə sözü var...

kim harda yadlıq etdi, kim nəyi əsirgədi?

kim ona hansı vədə yaxşılıq, pislik etdi?

kim vaxtında nədəsə ona əl uzatmadı?

onu doğması bilib, qayğısına qalmadı?

 

çağırın, məhkəməyə gəlsin

birinci sinif müəllimi…

özüylə gətirsin

o vaxtki jurnalı,

dəftəri, kitabı, qələmi…

 

…axı bu müqəssiri o vədə

bir nurlu körpə kimi

geyindiri-kecindirib, üzündən öpüb

əlinə gül dəstəsi vermişdilər…

böyük-böyük arzularla

birinci sinfə göndərmişdilər…

cani ol, deməmişdilər!

 

harda, nə zaman sındı o körpə?

kim sındırdı körpəni?

lənət olsun qəni-qəni!

 

onu yaxşı-yaxşı danışdırıb, oxşayıb

axtaran oldumu heç qəlbindəki işığı?

bilən oldumu nədi onun

ömrünün yaraşığı?

düşünən oldumu ki, bu körpə də

vətənin bir balasıdı?

düşmənlərin önündə

adıyla, varlığıyla

bir həsəd qalasıdır…

 

baxan oldumu damarından axan qana?

hansı soyun övladıdı, babalardan bu yana?

bəlkə, o körpənin qəlbində bir dahi vardı?

doğmaları görmədi, iblis alıb apardı?

 

çağırın, məhkəməyə onun bütün məktəbini,

axtaraq bu caniliyin əvvəlini, himini…

 

çağırın, cəmiyyəti, o yetişən mühiti,

oyadaq yuxusundan neçə qara qəfləti…

Əhməd Qəşəmoğlu

Irada Zarganaeva:

Çox doğru, amma bir məsələ də var... Qadın torpaq kimidir, nə əksən onu yetişdirir... Allah nazil etdiyi kitabda kişiləri tərbiyədə iştirakdan məhrum etməyib, əksinə... Təəssüf ki, bir çox uşaqların təməli bismillahsız qoyulur, bəzi kişilərin hamilə xanımları ilə məsuliyyətsiz davranışı, tərbiyə funksiyasını tamamilə ananın üzərinə atması da anomaliyalara səbəb olur.

Zumrud Elnur M:

Azərbaycanda Hüquq mühafizə sistemi təməldən dəyişməlidir. Bunun sonu bitməz, 31 yanvar 2023 cü il səhər simenden gələn qardaşım Ramili dini əqidəsinə görə polis apardı,getdik öyrənək nədi, sonda gündüz həbsinə aid bir başa müstəntiqin vatsap yazışması əlimizdə olmasına baxmayaraq adın qoydular güya inək otarırmış, his edib inək narkotik yeyir inəkdən alıb cibinə qoyub, 12 onlayn məhkəmə oldu bütün sübutları hakim əlinin geri isə itələyərək 31 yanvar 2024cü ildə polisi qorumaq üçün 6 il iş kəsdi qardaşıma, Rəis müavini şahidlik etdi dediki mən Ramili şöbəyə çağırıb demişdim ki şəhid dəfninə getmə, ehsanda iştirak etmə ehsan toplantı deməkdi,... O gün anladım ki əslində cinayətkarlar qorunmaq üçün günahsızlar həbs olunur, bəlkə kimsə bunu desə inanmazdım, başımıza gələndən sonra inandım.....

QEYD. Sarı fonda verilən başlıqlar Facebook sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir

Best coffeeshop in Berlin