Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Əli İbrahimbəyli: 

Yalnız davamlı çalışan insanlar uğur qazanırlar

Yalnız davamlı çalışan və müvəffəq olmaq üçün israr edən insanlar uğur qazanırlar.

Fikrimcə, Bakı elmin əsas mərkəzinə çevrilməli və xüsusilə gənclərin elmə marağını gücləndirmək üçün şərait yaradılmalıdır. Nümunə üçün bu gün elm sahəsində dünya üzrə müvəffəqiyyət qazanmış Cənubi Koreyanı götürək. Mərkəzlər yaratmaq, gəncləri cəlb etmək lazımdır, zənnimcə, enerji texnologiyası sahəsində Azərbaycanın yaxşı imkanları olmalıdır, çox iş görmək olar.

LÜTFİ ZADƏ

… alimin kitabı, kəşfi, elmi nəzəriyyəsi olar, pulu olmaz, nə qədər alim tanıyıram hamısı elədir. Mən Zadənin evində tez-tez oluram. Biz Zadə ilə ailəvi dost da yox, bir ailə kimiyik. Həmişə onunla çörəyi mətbəxdə yeyərik. Mətbəxdə də iki stul var, biri özünün, biri də həyat yoldaşının. Mən gələndə isə Zadə gedib hardansa bir oturacaq tapıb gətirirdi, nə qədər çalışırdım ki, həmin oturacaqda mən oturum izn vermirdi, elə özü otururdu. Yəni onun evi bu vəziyyətdədir. Zadənin evi orta statistik azərbaycanlının evindən də aşağı səviyyədədir. Bu o demək deyil ki, Zadənin pulu yoxdur. Sadəcə o pulunu daha səmərəli şeylərə xərcləyir.

İstəyir Amerika, istəyir Almaniya olsun. Həmişə biri var olub, biri də yox. Zadəyə Allah o boyda ağıl verib, təzədən pul da versin?

Rafiq Əliyev

Lütfi Zadə - sadəcə elmi-nəzəri yox, həm də praktik-həyati təfəkkür sahibi olub...

Ziyalılara harda diri ikən, harda öldükdən sonra dəyər verildiyini də yaxşı bilirmiş.

Salahaddin Halil

Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadənin anım günüdür.

Ruhu şad olsun!

Best coffeeshop in Berlin