Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Daha iki cüdoçumuz AÇ-da mübarizəyə başlayır 

Slovakiyanın paytaxtı Bratislavada gənc cüdoçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa çempionatı davam edir. Çempionatın ikinci günü daha iki cüdoçumuz tatamiyə çıxaraq medallar uğrunda yarışacaq. 

Bunlardan Əbil Yusubov (73 kq) ştatda yunanıstanlı Georgies Kotsaxtistosla, Süleyman Şükürovsa (81 kq) Duşan Qraxovacla üzləşəcək.

Xatırladaq ki, çempionatın ilk günü mübarizəyə qatılan 7 cüdoçumuzdan ikisi qızıl, biri isə bürünc medal qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin