Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Sovet ordusu yanvarın 26-da Lənkəranda kütləvi qırğın törədib

20 Yanvar faciəsindən sonra sovet ordusu rayonlarda da təxribatlar törədib. Yanvarın 26-da Lənkəranda qətliam törədib.

Yerli vətəndaşlar da sovet ordusunun dinc əhaliyə divan tutmasına etiraz ediblər. Hərbçilərin diqqətini yayındırmaq və qətliamın qarşısını almaq üçün onlarla gənc vətənpərvər Haftoni meşələrinə çəkildi.

Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə 11 lənkəranlı şəhid olub. Onlardan 5-i yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində, 6-sı isə Lənkəranda qətlə yetirilib. Azadlıq hərəkatının 46 iştirakçısı Rusiya həbsxanalarına göndərildi.

Bu hadisələr Sovet İttifaqının dağılması prosesində dönüş nöqtəsi hesab olunur. 

Best coffeeshop in Berlin