Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Elm və Təhsil Nazirliyinə və digər aidiyyəti dövlət qurumlarına ünvanlanır

Bildiririk ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə icra etdiyi "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı layihə zamanı ib-ə, eləcə də mətbu orqanımız olan “Əlillər Dünyası” qəzetinə  səhhəti ilə əlaqədar əvvəllər evdə təhsilə cəlb edilmiş 268 saylı məktəbin 3 nəfər şəgirdi-diskenetik serebral iflic xəstəsi 16.09.2016-cı il təvəllüdlü Leyli Şəkərəliyevanın, autizm xəstəsi 16.12.2013-cü il təvəllüdlü İbrahim Əmirlinin və autizm kornisiya sindromu xəstəsi 14.04.2009-cu il təvəllüdlü Zəhra Quliyevanın valideynləri müraciət etmişdilər. Onlar bildirirlər ki, uşaqları ağır xəstəlikləri ilə əlaqədar indiyədək evdə təhsil alıblar. Amma bu il Bakı Şəhər üzrə Təhsil İdarəsi 3 saylı Psixoloji-tibbi-pedaqoji komissiyasının haqsız qərarı ilə hər 3 uşağın evdə təhsil almasına icazə verilmir. 

Onlar həm ictimai birliyin ofisində olmuşlar, həm də ictimai birliyin əməkdaşları onların evlərində olmuşlar. Uşaqların həqiqətən də kənar şəxsin köməyinə ehtiyacları var, özlərini idarə edə bilmirlər, sərbət hərəkət edə bilmirlər. Evdən harasa  aparmaq da mümkün deyil. Autizm xəstəsi qışqıra-qışqıra qaçır, serebral iflic xəstəsi heç yeriyə bilmir, digər autizm xəstəsi olan uşaq da sərbəst hərəkət edə bilmir. Xəstəlikləri ilə əlaqədar qəribə səslər çıxarır, cəmiyyətdə narahatçılıq yaradır, narahat olan insanlar da uşaqlara qəribə baxır, hətta bəziləri yersiz, təhqiredici  ifadələr işlədir, bundan da valideyn utanır, uşaqlar aqressivləşir, beləliklə hər iki tərəf arasında qarşıdurma yaranır. Valideylər komissiyanın üzvlərinə bunları bildirəndə həkimlər deyiblər ki, sizə yol pulu verilir. Valideynlərdən biri bildirir ki, yuxarıdakı səbəblərdən uşaqları ictimai nəqliyyatla aparıb gətirmək olmur. Onlara yolpulu kimi verilən 50 manat isə heç bir həftəlik taksi pulu etmir, çünki onun evindən məktəbə qədər bir dəfə taksi ilə gediş haqqı  8 manat 60 qəpik, tıxaca düşəndə isə qiymət 10 manatdan çox olur. Belə uşaqların hər birinə məktəbdə də xüsusi nəzarətçi, baxıçı lazımdır ki, bu da mümkün deyil. Valideyn də məcburdur ki, bütün günün məktəbdə keçirsin. Diskenetik serebral iflic xəstəsi Leyli Şəkərəliyevanın özünün və valideyinin vəziyyəti isə lap acınacaqlıdır, çünki o, şəkildə göründüyü kimi, heç ayaq üstə dayana bilmir, daima valideynləri onu qucağında gəzdirirlər.

 

 

 

 

3 saylı Komissiyanın həkimi R.Əhmədova valideynləri acılayaraq-“mənim sizin uşaqlarınızın diaqnozunu dəyişməyə ixtiyarım var, necə desəm elə də olacaq, hara istəsəniz şikayət edin”-deyib.

3 saylı komissiyanın həkimlərinin saymamazlığı, xəstə uşaqların valideynləri ilə bu cür davranışı heç bir etik qaydalara sığmır, eyni zamanda da dövlətlə xalq arasında qarşıdurma yaradır. 

Valideynlərin sözlərinə görə, Bakı Şəhər üzrə Təhsil İdarəsi 3 saylı Psixoloji-tibbi-pedaqoji komissiyasının haqsız rəylərindən, qərarlarından şikayətçi olan bir çox başqa valideynlər də var. 

Yəqin ki, belə haqsızlığı Allah götürməz, aidiyyəti dövlət qurumlarının məsuliyyətli, vicdanlı məmurları da lazımi tədbir görərlər.  

Aidiyyəti dövlət qurumlarının müdaxilə etməsini xahiş edirik.

Onu da qeyd etmək istəyirik ki, respublikamızda ilk dəfə olaraq autizm barədə məlumatlandırıcı tədbiri rəhbərlik etdiyim “Beynəlxalq Əlillər Cəmiyyəti” İB  və “Əlillər Dünyası” qəzetinin xətti ilə keçirmişik. 

P.S.   Hər 3 valideynin müraciətlərini də yazıya əlavə edirik. 

 

Best coffeeshop in Berlin