Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Hümbət Quliyev:

 İnsanın öz mələklərinə təşəkkür etməyi haqqında

(esse)

Elə şeylər var ki, insan özü ona çatmalı, anlamalı, dərk etməlidir. Başqalarının deməyi ilə, ya özünün oxumağ ilə bu mümkün olmur. İnsan, sadəcə, buna yetişməlidir. Yetişmək də ilk növbədə, vaxta, zamana bağlıdır. “Bəsirət gözü” deyilən məfhumu da qəbul edirəm

Məsələn, çox eşitmişəm, çox oxumuşam ki, hər insana Allah tərəfindən təhkim olunmuş mələklər var.

Bir və ya bir neçə. Bunu bir fakt kimi qəbul edib yaşamışam da. Məsələn, Yupiter planetini bir fakt olaraq qəbul etdiyim kimi.

Hətta çətin anlarımda onların məni qoruduğunu fiziki olaraq hiss etsəm belə, dinməzcə, düşünməzcə keçmişəm bu olayların yanından. Yaxınlarımın səsi ilə, hətta toxunmaları ilə məni açıq təhlükələrdən xilas etdikdən sonra belə, hər şey haqda düşünmüşəm, öz mələyimin, öz doğma mələyimim varlığından başqa.

Dünən axşam görünür mənim “ x” vaxtım gəldi və mən qəfil dərk etdim ki, həmişə mənim yanımda olan, məni görən, eşidən və hər an mənim köməyimə gəlməyə hazır olan mələklərimə mən heç vaxt təşəkkür etməmişəm. Düzdür, mələkləri yaradan, onlara sahib olan Allaha çox şükrlər etmişəm, amma ömür boyu məni anba-an müşayət edən mələklərə birbaşa, bir dəfə də olsa, minnətdarlığımı bildirməmişəm.

Aranızda öz mələklərini dərk edən, onlara təşəkkür edənlər varsa, səmimi ehtiramımı qəbul edin. Namaz qılanlar bu sırada xoş istisnadırlar, çünki onlar gündə ən azı beş dəfə bunu edirlər. Allah onların namazlarını qəbul eləsin.

İndi özümlə bağlı:

Dünən axşam mən, İlk dəfə, öz mələyimə təşəkkürümü bol- bol etdim.

Bizə kömək edənlərə təşəkkür etməyi heç vaxt unutmayaq!

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin