Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İlham Əliyev Çinə işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə avqustun 30-da bu ölkəyə işgüzar səfərə gəlib.

Tiencin şəhərinin Binxay Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının sənaye və informasiya texnologiyaları naziri Li Leçen və digər rəsmi şəxslər qarşıladılar.

Best coffeeshop in Berlin