Psixologiyada “əks təsir” nədir?
Kiminsə inancını təkzib edən inandırıcı arqumentlər və təsdiqlənmiş faktlar gətirmək çox vaxt ona gətirib çıxarır ki, insanın səhv olduğunu etiraf etmək əvəzinə, daha böyük qüvvə ilə yanlış nöqteyi-nəzəri müdafiə etməyə başlayır. Psixologiyada bu fenomen "əks effekt" adlanır. “Əks təsir effekti” insanların inanclarına qarşı dəlillər verildikdə həmin sübutlardan imtina edə və daha inamlı ola biləcəyi vəziyyəti təsvir etmək üçün istifadə edilən bir termindir. Bu termin ilk dəfə Brandon Nian və Jason Reifler tərəfindən istifadə edilmişdir. Əks effekt insanların öz inanclarına uyğun gəlməyən faktlarla qarşılaşdıqda həmin faktları rədd etməsinə və görməməzliyə vurmasına səbəb olan koqnitiv qərəzdir.


