Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR:

Nəriman Qasımoğlunun Qasım Qasımzadə və Çingiz Hüseynovla bağlı xatirələri

Çingiz Hüseynovun rosaz saytında "Азербайджанцы в Москве" başlıqlı bir xatirəsinin linkini paylaşmışdım, o yazını, təəssüf, saytlarından silmişlər. Orada Çingiz müəllim Moskvada müharibədən sonra, 40-ci illərin sonlarında azərbaycanlı icmasının yaradılmasına təkan vermiş bu şəxsləri xatırladırdı: gələcək dövlət xadimi Danil Hüseynov; yazıçı Süleyman Rəhimovun oğlu Şamo Rəhimov; gələcək akademik Fuad Qasımzadə; şair-filoloq Qasım Qasımzadə; tərcüməçi Cəlil Məmmədov; Cəfər Cabbarlı nəslindən olan Qorxmaz Cabbarlı; Qazi Cəlilov; akademik Məmmədəliyevin qardaşı oğlu Qəzənfər Məmmədəliyev. O zaman bu gənclər Moskvada yaşamasalar da, orada tez-tez olur, birgə görüşlər keçirir, həmyerlilərinə bu mənada nümunə verir, gələcəkdə formalaşacaq azərbaycanlılar icmasının əsasını qoyurdular.

Qasım Qasımzadənin Çingiz Hüseynovla möhkəm dostluğunun tarixi o zamana gedir. Sonrakı bütün Moskva səfərlərində, Çingiz müəllim Bakıda olarkən onunla görüşürdü. Çingiz Hüseynov isrini araşdırmaq istəyənlər üçün onun Q.Qasımzadə ilə məktublaşmasından tapdığım bu cüzi nümunələrin surətlərini təqdim edirəm.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111