Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

(AZpressAZ-in arxivindən: 2024-cü il)

YADA DÜŞƏN XATİRƏLƏR

Hikmət Xudiyev:

Mixail Qorbaçova “ölüm!” deyən məhz Zeynəb Xanlarova olub

Səhv etmirəmsə 1975-ci il idi. Zeynəb Xanlarova Xankəndi stadionunda konsert verirdi. Oturmağa yox, ayaqüstə durmağa belə yer yox idi stadionda. Astaranın Pensər kəndindən dostum Aydın Nəhmətovla biz də konserti dinləyirdik. Zeynəb Xanlarova alqış yağışında idi. Yanımızda oturan bir erməninin digər bir erməniyə dediyi söz bu gün də xatirimdədir:

- Kaş Ermənistanda bütün artistlərimizin əvəzinə Zeynəb Xanlarova kimi bir sənətçi olaydı.

Bu faktı Zeynəb Xanlarovaya olan "iyrənc hücümlardan" xatırladım.

Çox təəsüflənirəm ki, bir erməni qədər də böyük sənətçimizə qiymət verə bilmirik. Niyə unuduruq ki, Ali Sovetin 1990-cı il yanvarın 22-də keçirilən sesiyasında deputat Zeynəb Xanlarova ölkə rəhbərliyini pisləyən sənədə imza atıb. Zeynəb Xanlarova 20 Yanvar qətliamından sonra Şəhidlərin ruhuna hörmət əlaməti olaraq səhnə fəaliyyətinə də 1 il fasilə verib.1990-cı il 20 Yanvar hadisəsidən sonra SSRİ hökümətinə etiraz edərək, ölkə rəhbəri Mixail Qorbaçova “ölüm!” deyən Zeynəb Xanlarova olub. SSRİ prezidenti Mixail Qorbaçovun ünvanına sərt bir məktub yazıb. Həmin məktubun surətini “Komsomolskaya Pravda” qəzetinə göndərib. Elə buna görə də SSRİ prezidenti Mixail Qorbaçov ona “Sosialist Əməyi Qəhrəmanı adı” verməkdən imtina edib. Və nəhayət onu da unutmayaq ki, Zeynəb Xanlarovanın sənətdə fəth etdiyi zirvələrə bu gün hələ ki kimsə ucalmaq iqtidarında deyil.

Best coffeeshop in Berlin