Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hümbət Quliyev:

 Kədər haqqında

(esse)

Hər insanın içində keçməyən bir kədər hissi var.

Hansısa hadisə və ya insanla bağlı olan kədəri nəzərdə tutmuram.

Hər şey yerində olanda, rifahın, rahatlığın içində olan kədəri nəzərdə tuturam.

Olan sevinclərimiz də bu kədərimizi yalnız qısa müddətə işıqlandırır, gecə səmasına atılan atəşfəşfəşanlıq kimi.

Hətta arzumuza çatıb şadyanalıq etdikdən sonra belə, o, sakitcə gəlib yanımızda oturur.

Ağrı bədənə, kədər ruha bağlıdır.

Ruhumuz niyə kədərlənsin axı?

Səbəb nədir?

Bildiyimiz kimi, ruh bədənə bəlli bir müddətə, müvəqqəti yerləşdirilib.

Özü də o, Böyük Ruhdan qoparılaraq bədəndə parça halında qalmağa məhkum edilib.

Bəlkə Yaradanından ayrılmış ruh əvvəlki halına, Tamın içində olduğu hala, öz əbədi cənnət halına qayıtmaq üçün xiffət edir?

Bəlkə məhz ruhun ayrılıq qəmini biz kədər kimi hiss edirik?

Belədirsə, nə edək?

Ruhumuza bədəndə olduğu qısa zamanda səbr diləyək. Çünki kədəri ovuda bilən yeganə üsulun da adı səbrdir.

Hamımıza səbr…

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin