Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yer üzündəki ən qaranlıq material

Britaniyanın Surrey NanoSystems tədqiqat şirkəti Vantablack adlı innovativ material təqdim edib ki, o, 99,965%-ni udur və üzərinə düşən işığın yalnız 0,035%-ni əks etdirir. Bu “superqara” maddə məhsuldarlığı artırılmış günəş panellərinin istehsalı üçün də istifadə edilə bilər. Vantablack kiçik karbon borularından ibarətdir. O, artıq haqlı olaraq dünyanın ən qara materialı adlandırılıb. Belə materialdan tikilmiş paltarları təsəvvür etsək, onu geyinən şəxs kölgə kimi iki ölçülü qavranardı.İnsan gözü parçanın əyilmələrini hiss edə bilməzdi. Demək olar ki, birbaşa şüaları əks etdirməməsi və küçə işığının səviyyəsini əhəmiyyətli dərəcədə azaltması ilə yanaşı, istiliyi misdən yeddi yarım dəfə yaxşı keçirir və poladdan 10 dəfə daha davamlıdır. 

Best coffeeshop in Berlin